Qəzaya düşən qadın xəstəxanada öldü
29 iyul 2017 18:43 (UTC +04:00)

Qəzaya düşən qadın xəstəxanada öldü

0

Şabran rayonunda bir həftə əvvəl qəzaya düşən qadın xəstəxanada ölüb.

 

Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 22-də Şabran rayonu ərazisində Bakı şəhər sakini Ramiz Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Nəticədə sərnişinləri – Bakı şəhər sakinləri Fatma Quliyeva və Günel Şirəliyeva xəstəxanaya yerləşdiriliblər. G. Şirəliyeva iyulun 28-də orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 339

Oxşar yazılar