Salyan sakinindən tiryək götürüldü
01 fevral 2018 22:44 (UTC +04:00)

Salyan sakinindən tiryək götürüldü

0

 

        

Salyan polisi 24 yaşlı gəncdən narkotik vasitə götürüb.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə,  Salyan rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat zamanı Salyan şəhər sakini, 1994-cü il təvəllüdlü Fərəcov Seyfəddin Xanoğlan oğlu saxlanılan zaman  cibindən 7 ədəd sellofan bükümdə, təmiz çəkisi 19,577 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Onun idarə etdiyi “VAZ-2106” markalı 10-KC-147 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman oradan 1 ədəd sellofan bükümdə 28,6 qram narkotik vasitə olan tiryək və tərəzi aşkar edilərək götürülüb.

 

Faktla bağlı Salyan rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 321

Oxşar yazılar