Ələt-Astara magistral avtomobil yolunun 51-ci kilometrliyində yerləşən restoranda yanğın olub.
Lent.az-a Fövqəladə Hallar Nazirliyindən daxil olan məlumata görə, Salyan rayonunda vətəndaşa məxsus restoranın ərazisində ümumi sahəsi 180 m2 olan taxta konstruksiyalardan ibarət talvarın yanar konstruksiyaları yanmıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunmuşdur. Yanğın saat 17:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb.