<b>FHN-dən Şamaxıdakı qəza ilə bağlı <span style="color:red;">RƏSMİ MƏLUMAT </b>
08 iyun 2018 12:17 (UTC +04:00)

FHN-dən Şamaxıdakı qəza ilə bağlı RƏSMİ MƏLUMAT

0

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonunun Mirikənd kəndində “Mercedes” markalı minik avtomobili və “Ford” markalı mikroavtobus toqquşub.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, qəza zamanı mikroavtobusda olan 1 nəfər (sərnişin) xəsarət almış və nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri yaralını müvafiq qaydada mikroavtobusdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 494

Oxşar yazılar