Sumqayıtı sel basdı: 8 nəfər xilas edilib - YENİLƏNİB
20 dekabr 2012 10:30 (UTC +04:00)

Sumqayıtı sel basdı: 8 nəfər xilas edilib - YENİLƏNİB

0

Sumqayıtda 8 nəfər sel sularından xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyin saytına istinadən verdiyi məlumata görə,  Sumqayıt şəhəri Yaşma bağları massivində sel suları səbəbdən bir neçə fərdi yaşayış evi və onların həyətyanı sahələri su ilə dolub, insanlar həmin evlərdə köməksiz vəziyyətdə qalıb.

 

Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri göstərilən ünvana cəlb olunub, müvafiq qurumlar məlumatlandırılıb.

Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 8 sakin xilas edilib.

 

*****

 

20.12.2012. 01:30

Sumqayıtın Yaşma bağları massivində sel suları bir neçə fərdi yaşayış evini və  həyətyanı sahələri basıb.

Lent.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatda bildirilib ki,  həmin evlərdə sakinlər köməksiz  qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regionlal Mərkəzinin və Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri dərhal əraziyə cəlb olunublar.

 Keçirilmiş xilasetmə əməliyyatları nəticəsində köməksiz qalan 3 sakin xilas edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5340

Oxşar yazılar