[b]Samur-Abşeron kanalından 16 yaşlı qızın meyiti tapıldı -[/b] YENİLƏNİB
26 aprel 2018 17:36 (UTC +04:00)

[b]Samur-Abşeron kanalından 16 yaşlı qızın meyiti tapıldı -[/b] YENİLƏNİB

0

 

Siyəzən rayonunun Ağbaş kəndi ərazisində Samur-Abşeron kanalından meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, onun Şabranın Ağbaş kənd sakini, 2002-ci il təvəllüdlü Məcidova Mədinə Tahir qızı olduğu məlum olub.

 

Qeyd edək ki, həmin şəxsin meyiti bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun apardığı axtarışlar nəticəsində aşkar edilib.

 

 

Hadisənin səbəbləri araşdırılır.

 

 

***

 

12:36

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunun Ağbaş kəndi ərazisində 1 nəfərin Samur-Abşeron kanalına düşməsi barədə məlumat daxil olub.

 

Lent.az nazirliyin saytına istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcimli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanan qadın cəsədi (şəxsiyyəti məlum deyil) sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat başa çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 358

Oxşar yazılar