
Şəkidə külli miqdarda narkotik bitki məhv edildi
“Xaş-xaş 2019” əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş narkotik tərkibli bitkilərin aşkar olunaraq məhv edilməsi istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, rayonun Öryət kəndi ərazisindəki meşə sahəsində yabanı halda yetişmiş 2,3-4,5 metr hündürlüyündə ümumi çəkisi 593 kiloqram olan 147 ədəd çətənə kolları aşkar olunaraq məhv edilib.
Faktla bağlı ŞRPŞ-də araşdırma aparılır.
Oxşar yazılar
Azərbaycanda istehsal olunan yüzlərlə "Coca-Cola" küçəyə atıldı
15 avqust 2025 , 12:05
Bakıda maşın daha bir piyadanı vurub öldürdü
15 avqust 2025 , 11:21
Qəbələdə FACİƏ: evdən meyit tapıldı
15 avqust 2025 , 09:37
Xaçmazda QANLI HADİSƏ: tanışını bıçaqladı
15 avqust 2025 , 09:23
Kəlbəcərdə 54 yaşlı kişi qayadan yıxılıb öldü
15 avqust 2025 , 08:38
Naxçıvanda AĞIR QƏZA: ölənlər var - VİDEO
15 avqust 2025 , 00:50
Qazaxda açıq ərazidə baş verən YANĞIN: söndürüldü-VİDEO
14 avqust 2025 , 20:58