Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Qızılhacılı kəndində istirahət mərkəzində qeyri-qanuni əməllər aşkarlanıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, kənd ərazisindəki “Sərin göl” istirahət mərkəzində oranın işçisi Elçin Kərimov gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi üçün tutulub.
Bundan başqa Şəmkir rayon sakini Samirə Şıxməmmədova da gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etdiyi üçün yaxalanıb.