Sərhəddən 1406 fişəngin keçirilməsinin qarşısı alınıb
21 dekabr 2012 16:48 (UTC +04:00)

Sərhəddən 1406 fişəngin keçirilməsinin qarşısı alınıb

0

Yeni il bayram ərəfəsində bəzi işbazlar ölkəmizə gömrük nəzarətindən gizli pirotexniki məhsulları gətirməyə cəhd göstərməklə asan qazanc əldə etmək xülyasına düşürlər. 

 

Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu günlərdə  Tovuz Gömrük İdarəsinin  “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Gürcüstan Respublikasının vətəndaşı Nəsibov İntiqam Səməd oğlunun idarə etdiyi “Kamaz” markalı ZYZ-196 dövlət nömrə nişanlı yük avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Baxış zamanı nəqliyyat vasitəsinin sol tərəfində yerləşən yanacaq çəninin içərisindən 1406 ədəd müxtəlif ölçüdə və çeşiddə olan fişənglər, 385 qutu partlayıcı funksiyalara malik müxtəlif pirotexniki vasitələr gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilərək saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 583

Oxşar yazılar