Sevdiyi qızın başını qırxıb videosunu çəkən şəxsin aqibəti
13 iyun 2013 11:26 (UTC +04:00)

Sevdiyi qızın başını qırxıb videosunu çəkən şəxsin aqibəti

Ötən ilin payızında bir oğlanın öz sevdiyi qızı döyərək onun başını qırxması bütün cəmiyyəti silkələmişdi. Nəhayət, həmin hadisə ilə bağlı məhkəmə başa çatıb və günahkar cəzalandırılıb. Sevdiyi qızı döyərək saçlarını qırxan və bu hadisəni video lentə alaraq sosial şəbəkələrdə paylaşan Cahangir Dövlətova Binəqədi rayon məhkəməsində hökm oxunub. Məhkəmənin hökmü ilə Cahangir Dövlətov 3 il 11 ay azadlıqdan məhrum edilib.

İnsident ötən ilin oktyabrında baş vermişdi və cəmiyyətdə böyük əks-səda doğurmuşdu. İstintaq məlumatına görə, Naxçıvanda yaşayan Cahangir Dövlətov sevdiyi qızın zənglərinə cavab verməməsindən əsəbiləşərək Bakıya gəlib və onu görüşə çağırıb. 2 qohumu ilə birlikdə qızı maşınla götürərək Novxanıya dəniz kənarına gətirib. Burada qızı döyüb, daha sonra onun saçlarını qırxıb. 

Hətta qızı dənizdə batırmaq istəyən Dövlətov bütün bu etdiklərini mobil telefonla çəkərək internetdə paylaşıb. Hadisədən böyük sarsıntı keçirən zərərçəkən polisə müraciət edib. Bu müraciətdən sonra Cahangir Dövlətov həbs edilib və barəsində Cinayət Məcəlləsinin işgəncə vermə və ölümlə hədələmə maddələri ilə iş başlanıb. İstintaq müddətində onun polisə müqavimət göstərməsi, istintaqdan yayınması da nəzərə alınıb. ans

# 3191
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20