Sevinc Babayevanın cənazəsi Bakıya gətirilib. Bu barədə APA-ya Heydər Əliyev Beynəlxalq Aeroportunun “Cargo” terminalından bildirilib.
Məlumata görə, Sevinc Babayevanın meyiti “AzAL”ın təyyarəsi ilə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun “Cargo” terminalına gətirilib.
Mərhumun cəsədi bu gün ailəsinə təhvil veriləcək.