Türkiyədə dünyasını dəyişmiş Sevinc Babayevanın meyitinin müayinəsi başa çatıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, bu gün səhər saatlarında “Medicana İnternational İstanbul Hastanesi”ndən çıxarılaraq, məhkəmə-tibb ekspertizasına götürülən S. Babayevanın meyitinin ətraflı müayinəsi 4 saata qədər çəkib. Ekspertiza nəticəsində ölən şəxsin hansı səbəbdən dünyasını dəyişdiyi dəqiqləşəcək.
Artıq meyitin Azərbaycana göndərilməsi üçün sənədləşmə işlərinə başlanılıb.
Sənədləşmə işləri tezliklə başa çatdırılsa, meyit bu gün, proses uzansa, ən gec sabah Bakıya göndəriləcək.