Səyyad Əlizadənin ofisini yarıblar
03 aprel 2013 18:54 (UTC +04:00)

Səyyad Əlizadənin ofisini yarıblar

0

Müğənni Səyyad Əlizadənin Nərimanov rayon Yusif Vəzir Çəmənzəminli küçəsi, 127 ünvanında yerləşən Yaradıcılıq Mərkəzində oğurluq olub. Lent.az-ın simsar.az-a istinadən verdiyi məlumata görə, müğənni hadisədən ertəsi gün xəbər tutub.

 

“Oğrular mərkəzə arxa girişdən dəmir qapını sındıraraq daxil olublar. Mərkəzdən 1 ədəd videokamera, 1 ədəd noutbuk, 2 ədəd mini-disk aparatı, xarici ölkələrdə iştirak etdiyim festivallardan qazandığım qiymətli mükafatlar, eyni zamanda, seyfi sındıraraq bir neçə lazımi sənədləri aparıblar. Əməliyyat qrupu cinayətkarları tapmaq üçün lazımi tədbirlər həyata keçirir. Yaradıcılıq mərkəzim sakinlər yaşayan 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşir. Çox qəribədir ki, ora qələbəlik yerdir. Amma oğurluq hadisəsini görən olmayıb. Əməliyyat qrupu həm də binada yaşayan sakinləri də hadisə ilə əlaqədar sorğu-suala çəkir. Hələ ki, bir müsbət nəticə yoxdur”, deyə müğənni bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1252

Oxşar yazılar