Şirkət prezidentinin pulunu oğurlayan tutuldu
13 iyun 2013 11:46 (UTC +04:00)

Şirkət prezidentinin pulunu oğurlayan tutuldu

Bakıda daha bir oğurluq faktının üstü açılıb.


 

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, “Klassik-2” şirkətinin prezidenti Şamil Heydərov bir neçə ay əvvəl Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə ərizə ilə müraciət edərək “Sədərək” Ticarət Mərkəzində yerləşən özünə məxsus obyektdən oğurluq edilməsi barədə məlumat verib. Şikayətçi qeyd edib ki, naməlum şəxslər obyektin dəmir örtüklü pəncərəsini açma yolu ilə onun xidməti otağında yerləşən seyfdən 210 min ABŞ dolları və 10 min manat oğurlayıblar.

 

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Astara rayon sakini Yusif Bağırov tutulub.

 

Araşdırmalar zamanı müəyyən edilib ki, Y. Bağırov əvvəllər Ş. Heydərova məxsus firmada işləyib. Y. Bağırov polisə verdiyi ifadəsində oğurluğu xəstə dostunu müalicə etdirməkdən ötür törətdiyini bildirib. Aparılan təhqiqat zamanı bu fakt təsdiqini tapıb.

 

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.  

# 724
avatar

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20