Gecə Bakının Xətai rayonu Nobel prospektində kanalizasiya lüklarından birinin açıq olması sürücülərə çətin anlar yaşadıb. Sürətlə hərəkət edən edən avtomobillərin həmin lüka düşməsi nəticəsində onlarla nəqliyyat vasitəsi yararsız vəziyyətə düşüb. Lent.az-ın ANSPRESS-ə istinadən verdiyi məlumata görə, hadisənin şahidi və eyni zamanda özü bu vəziyyətdən zərər çəkən sürücü Tural Balakişiyev açıq qalan lüka 40-a yaxın maşın düşdüyünü deyib.
“Prospekt boyu sürücülərə lükün açıq olması və təhlükə barədə yolda heç bir xəbərdaredici nişanlar da qoyulmamışdı. Bu səbəbdən də vətəndaşlar başqa sürücülərin də eyni aqibətlə üzləşməməsi üçün açıq lükün qarşısını öz imkanları hesabına kəsmişdilər. Bir neçə dəfə edilən müraciətlərdən sonra isə nəhayət hadisə yerində “Azərsu” SC-nin işçiləri göründülər. Və nəhayət açıq qalan lükün qapağı yerinə qoyuldu”.
Yalnız bundan sonra Nobel prospektində sürücülərin avtomobili təhlükəsiz idarə etməsi üçün şərait təmin olunub. Lüka düşərək yararsız vəziyyətə düşən avtomaşın sahiblərinin başlarına gələn bu hadisəyə görə kimlərin məsuliyyət daşıyacağı isə sual altında qalır.
ŞOK! Bakıda bir gecədə 40 maşın eyni lüka düşüb
0
0
0
0