Sumqayıtda 17 yaşlı oğlan məktəbdə öldü
13 may 2013 18:29 (UTC +04:00)

Sumqayıtda 17 yaşlı oğlan məktəbdə öldü

0

Bu gün səhər saatlarında Sumqayıt şəhərində orta məktəbdə şagird dərs zamanı ölüb. Anspress-in məlumatına görə, 8-ci mikrorayonda yerləşən 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov qəflətən dünyasını dəyişib. Hazırda uşağın ölümünün səbəbləri araşdırılır.

 

Hadisə şahidlərinin bildirdiyinə görə, Azad İlyasov səhər saatlarında dərsə gecikib. Ona görə də müəllim ona cəza kimi məktəbin həyətində qaçmağı əmr edib. Şagird qaçan zaman qəflətən yıxılıb. Hadisə yerinə həkim çağırılsa da, Azadın həyatını xilas etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2123

Oxşar yazılar