Sumqayıtda dəhşətli qəza: 3 ölü, 2 yaralı
19 mart 2013 13:02 (UTC +04:00)

Sumqayıtda dəhşətli qəza: 3 ölü, 2 yaralı

0

Bu gün saat 00.30 radələrində Sumqayıt şəhəri ərazisində dəhşətli yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, şəhər sakini Mövsüm Ataxanzadənin idarə etdiyi "QAZ-3110" və Bakı şəhər sakini Vitaliy Sarayevin idarə etdiyi "Toyota RAV-4" markalı avtomaşınlar toqquşub. Nəticədə M.Ataxanzadənin sərnişinləri Şükür Əliyev, Cavid Quliyev və 45-50 yaşlı kişi hadisə yerində ölüb.

 

Xəsarət almış sürücü və V.Sarayev isə xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağırdır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2664

Oxşar yazılar