Sumqayıtda yanğın olub -<span style="color:red;"> 11 nəfər təxliyə edildi
08 iyun 2018 11:06 (UTC +04:00)

Sumqayıtda yanğın olub - 11 nəfər təxliyə edildi

0

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 67 m² olan 3 otaqlı mənzilin mətbəxində 2 ədəd məişət avadanlığı və 0,5 m² sahədə mətbəx mebeli yanıb. Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 15 m² sahədə əriyib. Yanğın zamanı 11 nəfər bina sakin yanğınsöndürənlər tərəfindən təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 464

Oxşar yazılar