Suqmayıtda ağır qəza: 1 ölü, 2 yaralı
01 aprel 2013 13:35 (UTC +04:00)

Suqmayıtda ağır qəza: 1 ölü, 2 yaralı

0

Martın 31-də saat 22.00 radələrində Sumqayıt şəhərində ağır yol qəzası baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sülh küçəsində Elçin İmanovun idarə etdiyi "VAZ-2107" ilə Əkbər Mahmudovun idarə etdiyi "Chevrolet" markalı avtomaşınlar toqquşub. Nəticədə E.İmanov hadisə yerində ölüb, Ə.Mahmudovun xəsarət almış sərnişinləri - Bakı şəhər sakinləri Şərqiyə Məhərrəmova və onun bacısı Solmaz isə xəstəxanaya yerləşdirilib.

 


Sumqayıt ŞPİ tərəfindən faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1624

Oxşar yazılar