Paytaxtda "KamAZ" aşdı
29 yanvar 2018 02:21 (UTC +04:00)

Paytaxtda "KamAZ" aşdı

0

Bakının Xətai rayonunda yol nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, avtoqəza Nobel prospektində qeydə alınıb.

 

1967-ci il təvəllüdlü İsgəndərov Rasim Şəmsəddin oğlu "KamAZ" markalı yük maşını ilə prospektlə Zığ qəsəbəsi istiqamətində hərəkət edən zaman idarəetməni itirib və avtomobil yolun kənarına aşıb. Onun yük yerində olan qum isə yola dağılıb.

 

Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya çatdırılıb. Məlumata görə, Qəza nəticəsində sürücü xəsarət alaraq xəstəxanaya çatdırılıb. Məlumata görə,  başqa bir avtomobil R. İsgəndərovun qabağında sağ-sol manevrləri edib, o da idarəetməni itirib. 

 

 

Yol qəzasının təfərrüatları araşdırılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 424

Oxşar yazılar