Pakistanın şimal-qərbində, Əfqanıstanla həmsərhəd olan Xeybər rayonunda islamçı sayılan ekstremistlər oğlanlar üçün məktəb binasını partladıb.
APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, pakistanlı taliblərin “Təhriki- taliban-e Pakistan” hərəkatının üzvləri təhsil müəssisəsinin divarları altına onlarla kiloqram partladıcı qoyaraq yerli sakinlərə binanı tərk etmək əmri verib. Bundan sonra silahlılar məktəb binasını partladıb, olay nəticəsində xəsarət alan olmayıb.
Pakistanın şimal-qərbində yerləşən “tayfalar bölgəsində” radikal islamçılar dünyəvi təhsilə qarşı amansız mübarizə aparır. Məktəbləri partlatmaq onların daha çox istifadə etdikləri üsuldur. Təkcə Xeybər rayonunda onlar son 3 il ərzində 70-dək ümumtəhsil məktəbi partladıb. Uyğun vəziyyət “tayfalar bölgəsinin” başqa rayonlarında da müşahidə olunur.