Sumqayıtda yanvarın 1-də qəzaya düşən qadın xəstəxanda ölüb. Lent.az-ın məlumatına görə, şəhər sakini Fəyaz Rəhmanov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolu keçən həmyerlisi, 2006-cı il təvəllüdlü Ələsgərova Jalə Elvin qızını vurub. Xəstəxanaya yerləşdirilən J.Ələsgərova yanvarın 5-də ölüb.
Araşdırma aparılır.