Taxıl sahələrində yanğın olub
08 iyun 2013 11:20 (UTC +04:00)

Taxıl sahələrində yanğın olub

Taxıl sahələrində yanğın faktları qeydə alınır.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 7-də Füzuli rayonu, 1-ci Zobucuq kəndində vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş arpa sahəsi yanıb.

Yaxınlıqdakı sahələr yanğından mühafizə olunub.  Yanğın saat 19:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Elə həmin gün Füzuli rayonu, Aşağı Veysəli kəndində (rayon mərkəzindən 35 km aralı) biçilməmiş taxıl sahəsi 10 ha və kol-kos 50 ha yanıb.  Yaxınlıqdakı biçilməmiş taxıl sahələri yanğından mühafizə olunub və yanğın saat 22:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Ağcabədi rayonu, Taxta körpü adlanan ərazidə də vətəndaşa məxsus ərazidə 1 ha biçilməmiş taxıl sahəsi yanıb. Yanğın saat 22:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

# 468
avatar

Oxşar yazılar