Bu gün Bakı şəhərinin Yasamal rayonu ərazisində yanğın baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “Teleradio” İB-nin həyətində 10 kvadrat metr sahədə alkopan yanıb.
Yanğın saat 14:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Hadisənin səbəbləri araşdırılır.