
Tovuzda baş verən qətllə bağlı Kollegiya sədrindən AÇIQLAMA
Lent.az-ın xəbər verdiyi kimi, bu gün səhər saatlarında Tovuzda keçmiş məhkəmə sədri Firudin Ələkbərli öldürülüb.( https://lent.az/news/325818)
İlkin məlumata görə, qətlə yetirilən şəxs vəkillik fəaliyyəti ilə məşğul imiş. Və qətl hadisəsinin Hüquq Məsləhətxanasında baş verməsi bu ehtimalı daha da gücləndirdi. Məsələ ilə bağlı Vəkillər Kollegiyasının sədri Anar Bağırov Lent.az-a açıqlama verib. Sədr açıqlamasında qətlə yetirilən Firudin Ələkbərlinin kollegiyanın üzvü olmadığını dedi: "Biz dəqiləşdirdik ki, qətlə yetirilən şəxs öz ofisinin üzərinə heç bir qanuni əsası olmadan "Hüquq Məsləhətxanası" yazılan lövhə asıb. Ancaq bu məsləhətxananın Kollegiya ilə heç bir əlaqəsi yoxdur".
Qeyd edək ki, keçmiş məhkəmə sədrini öldürən Yanıxlı kənd sakini Əli Şəmiyev əməliyyat-axtarış tədbirləri zamanı saxlanılıb.
Oxşar yazılar

Mingəçevirdə iki maşın toqquşdu
20 avqust 2025 , 22:00
Zərdab sakini həmyerlisini bıçaqladı
20 avqust 2025 , 21:29
Cəlilabadda gənc oğlanın meyiti qohumunun evində tapıldı
20 avqust 2025 , 19:23
Bakıda kişi evinin həyətində ölü tapıldı
20 avqust 2025 , 18:39
Adəm Məmmədovun vəkillik fəaliyyətinə xitam verildi
20 avqust 2025 , 17:54
Polislə intim münasibətdə olan müstəntiq intihar etdi
20 avqust 2025 , 17:12
Bakıda evdən çürümüş meyit tapıldı - YENİLƏNİB
20 avqust 2025 , 17:01