Üç avtoqəza: iki nəfər ölüb, biri yaralanıb
01 iyun 2013 21:43 (UTC +04:00)

Üç avtoqəza: iki nəfər ölüb, biri yaralanıb

0

Sabirabadın Həşimxanlı kənd sakini Niyaməddin Ələkbərov idarə etdiyi “QAZ-33021” markalı avtomobili Bulduq kəndində aşırıb.

Lent.az-ın məlumatına görə, olay nəticəsində o, həyatının itirib.

Rusiya Federasiyasının vətəndaşı Zülfüqar Nəciyev isə idarə etdiyi “VAZ-21074” markalı avtomobili Biləsuvar rayonunda yolun kənarındakı kanala aşırıb.

Xəsarət almış sürücü xəstəxanaya yerləşdirilib.

Tovuz rayon sakini Orxan Muxtarov isə Əlimərdanlı kəndində sürdüyü “VAZ-2107” markalı avtomobili aşırıb.

 O.Muxtarovun avtomobilindəki sərnişini Eltun Mustafayev hadisə yerində keçinib.
 

Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1064

Oxşar yazılar