Ucarda avtoqəza: bir nəfər yaralanıb
08 yanvar 2013 01:14 (UTC +04:00)

Ucarda avtoqəza: bir nəfər yaralanıb

0

Ucar rayonunda 1 nəfərin xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, Ucar rayonunun Rəstəcə kənd sakini 1993-cü il təvəllüdlü Məmmədov Asif Akif oğlu idarə etdiyi VAZ -2106 markalı minik maşını ilə hərəkətdə olarkən idarəetməni itirib və işıq dirəyinə çırpılıb. Nəticədə maşın yararsız hala düşüb, sürücü isə müxtəlif bədən xəsarətləri ilə Ucar Mərkəzi Rayon xəstəxanaya yerləşdirilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 636

Oxşar yazılar