Ukrayna Rusiyanın əksinə hərəkət edib
29 dekabr 2012 22:25 (UTC +04:00)

Ukrayna Rusiyanın əksinə hərəkət edib

0

Ukraynanın Sosial Siyasət Nazirliyi əcnəbilərin ukraynalı uşaqları övladlığa götürmə ilə bağlı ərizə qəbulu müddətini uzadıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, nazirliyin əmirinə əsasən, ərizə verənlərin sənədləri yanvarın üçüncü bazar ertəsindən(əvvəllər fevralın birinci bazar ertəsindən) martın 31-dək,eləcə də oktyabrın  ikinci bazar ertəsindən dekabrın 10-dək (əvvəllər noyabrın 30-dək) qəbul ediləcək.

 

Mütəxəssislər bildirib ki,  Ukrayna bu qaydanı tətbiq etməklə övladlığa götürmə prosesini yüngülləşdirib.

 

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ vətəndaşlarının rusiyalı yetim uşaqları övladlığa götürməsini yasaqlayan qanunu imzalayıb. O, bu addım ABŞ-ın «Maqnitsk qanununa» cavab olaraq, atıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 864

Oxşar yazılar