Ukraynada ermənilər azərbaycanlı iş adamına hücum etdilər
12 may 2013 17:38 (UTC +04:00)

Ukraynada ermənilər azərbaycanlı iş adamına hücum etdilər

Ukraynada bir qrup erməni azərbaycanlı iş adamını vəhşicəsinə döyüb.  

 

APA-nın hazırda Ukraynada olan müxbirinin verdiyi xəbərə görə, əslən Masallı rayonundan olan iş adamı Elşən Azad oğlu Əzimov dünən axşam saat 19.00 radələrində Kiyev şəhərinin Bravarskoy şossesində ermənilərin hücumuna məruz qalıb.

 

 

Hazırda çətinliklə danışan iş adamı APA-ya deyib ki, ona Ermənistandan olan, özünü qondarma “Dağlıq Qarabağın vətəndaşı” kimi təqdim edən Mıçak və Samvel Xıdıryan qardaşları, onların tanışı Armen Petrosyan və bir neçə maskalı şəxs hücum edib.  İş adamının bildirdiyinə görə, hadisə etnik zəmində baş verib.

 

 

E. Əzimov onu da əlavə edib ki,  Xıdıryan qardaşları çirkli pulların daşınması, qaçaqmalçılıq kimi əməllərlə məşğul olmaqla məşhurdurlar: “ Onlarla bir neçə dəfə etnik zəmində mübahisələrimiz olub. Özlərini Dağlıq Qarabağa aid şəxs kimi təqdim eləmələrinə etirazımı bildirmişəm. Dünən axşamüstü isə şosse kənarında şərikimlə söhbət etdiyim zaman yanımızda maşınlar dayandı. Bu şəxslər bir neçə maskalı ilə maşından düşüb, mənə hücum çəkdilər, yanımdakı şəxs qaçıb getdi. Azərbaycanlıları təhqir edə-edə məni ölümcül döydülər, sonuncu zərbəni isə mafiya adamlarının hər zaman yanlarında daşıdıqları alətlə vurdular. Bu alət bir tərəfi çəkic, digər tərəfi isə balta olan kəsici-deşici alətdir. Huşumu itirmişəm, öldüyümü zənn edib gediblər. Burda deyilənə görə, bir müddət sonra yerli sakinlərdən məni görən olub, təcili tibbi yardımla yaxınlıqdakı xəstəxanaya gətirilmişəm”.

 

Həkimlərin bildirdiyinə görə, E. Əzimov ağır kəllə-beyin travması alıb.

 

Hadisə barədə Kiyev şəhər hüquq-mühafizə orqanları, həmçinin Azərbaycan və Ermənistanın Ukraynadakı səfirlikləri məlumatlandırılıb.

 

Bu gün Ukraynada fəaliyyət göstərən Ukrayna Azərbaycanlılar Konqresinin (UAK) sədri Rövşən Tağıyev yaralıya baş çəkib. 

 

Son məlumata görə, Kiyev şəhər Milis İdarəsinin və şəhər prokurorluğunun əməkdaşları E. Əzimovla görüşüb, hadisə yerinə baxış keçiriblər

 

QEYD: FOTOLAR APA-nındır.

# 2603
avatar

Oxşar yazılar