Vəkil: “Gülər Əhmədovanın psixoloji durumu yaxşı deyil...”
11 may 2013 16:58 (UTC +04:00)

Vəkil: “Gülər Əhmədovanın psixoloji durumu yaxşı deyil...”

Vəkil Əfsər Talıbov həbsdə olan sabiq deputat Gülər Əhmədova ilə görüşüb. Ə. Talıbov APA-ya açıqlamasında müdafiə etdiyi şəxsin səhhətinin yaxşı olmadığını bildirib: “Gülər xanım son hadisələrə görə özünü çox pis hiss edir. Dünən axşam qıcolması olub. Tez-tez ürəyi, başı ağrıyır. Mən həkimlə də söhbət elədim. Həkim də bunları təsdiqlədi”.

 

Vəkil Ə. Talıbov G. Əhmədovanın psixoloji durumunun da pis olduğunu söyləyib: “Tez-tez əsəbiləşib qışqırır. Psixoloji durumu yaxşı deyil”. 

 

# 817
avatar

Oxşar yazılar