Vətəndaşları aldadan dələduza 7 il iş verildi
08 dekabr 2014 12:38 (UTC +04:00)

Vətəndaşları aldadan dələduza 7 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini, 1975 ci il təvəllüdlü Yusif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının Məhkəmənin qərarı ilə Yusif Əliyev 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

Yusif Əliyev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilib. O, bir qrup vətəndaşın etibarından su istifadə edərək onların pulunu mənimsəyib. Xətai rayon polis idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar