Vətəndaşları aldadan işbazlara hökm oxundu
24 dekabr 2014 12:39 (UTC +04:00)

Vətəndaşları aldadan işbazlara hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Sədrulla Əliyev və Siyad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 9 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham ediliblər. Onlar paytaxtda çoxmərtəbli binalar tikərək satmaq adı ilə vətəndaşları aldadıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 225

Oxşar yazılar