Vladimir Putin: Rusiya beş ilə yeddi RLS tikəcək
07 iyun 2013 00:42 (UTC +04:00)

Vladimir Putin: Rusiya beş ilə yeddi RLS tikəcək

0

Rusiya 2018-ci ilədək yeddi ən müasir radiolokasiya stansiyasını (RLS) istismara verəcək.


Lent.az-ın «BBC»yə istinadən məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin yeni «Voronej» RLS-lərdən danışarkən bəyan edib.    

 

Putin xatırladıb ki, 2011-ci ilin dekabrında Leninqrad vilayətində «Voronej-M» RLS-i döyüş növbətçi vəziyyətə gətirilib, hazırda isə Armavirdəki «Voronej-DM» stansiyası  bu duruma gətirilməkdədir.

 

«Bununla da biz təhlükəsizliyimizin təminatını ən prioritet istiqamətlərdə möhkəmlədəcəyik»-  deyə, o, vurğulayıb.   

 

Vladimir Putinin sözlərinə görə, yeni radiolokasiya stansiyalar hətta ən çətin seçilən hədəfi belə müəyyən etməyə, ani məqamda Rusiya sərhədindən yüz və min kilometrlərlə uzaqdan buraxılan müxtəlif tipli raketləri aşkar etməyə qadirdir.   

 

Yeni RLS-lər Azərbaycan və Ukraynada yerləşən köhnə «Dnepr» və «Dəryal» tipli radiolokasiya stansiyalarını əvəzləyəcək.  

 

Bundan əvvəl Rusiyadan bildirilmişdi ki, ölkənin Krasnoyarsk, Altay və Orenburq vilayətlərində “Voronej” tipli RLS-lərin tikintisi nəzərdə tutulub.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 986

Oxşar yazılar