Xaçmazda avtomobil avtobusa çırpıldı: ölən var
16 yanvar 2013 12:06 (UTC +04:00)

Xaçmazda avtomobil avtobusa çırpıldı: ölən var

0

Yanvarın 15-də Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, saat 08.30 radələrində Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisində, Hüseyn Aslanov "VAZ-21099" markalı avtomaşını idarə edərkən, onu yolun kənarında dayanmış "İkarus" markalı avtobusa vurub. Nəticədə H.Aslanovun sərnişini Ceyhun Davidov hadisə yerində ölüb.

 

Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 805

Oxşar yazılar