Xaçmazda avtoqəza : 4 yaşlı piyada ağır yaralanıb
13 may 2013 23:37 (UTC +04:00)

Xaçmazda avtoqəza : 4 yaşlı piyada ağır yaralanıb

0

 Bu gün axşam saatlarında Xaçmaz rayonunda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Xudat yolunun 4-cü şöbə adlanan ərazisində qeydə alınıb. 45 yaşlı Gürcüstan vətəndaşı Rövşən Mikayılov idarə etdiyi 90 CS 634 dövlət nömrə nişanlı “Mersedes” markalı nəqliyyat vasitəsi ilə 4 yaşlı Fərid Müzəffərovu vurub. Xəsarət alan azyaşlı dərhal xəstəxanaya yerləşdirilib.

 

Onun vəziyyətinin ağır olduğu bildirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 579

Oxşar yazılar