Xaçmazda tükürpədən hadisə: bacı qardaşdan hamilə qalıb
03 may 2013 13:49 (UTC +04:00)

Xaçmazda tükürpədən hadisə: bacı qardaşdan hamilə qalıb

0

Xaçmaz rayonunda hər kəsin əsəblərini tarıma çəkəcək olayla bağlı şok məlumatlar əldə etmişik. Lent.az-ın məlumatına görə, AzNews.az-a bu rüsvayçı hadisə rayonun Mollaoba kənd sakini Təhmasib Muradovun ailəsində qeydə alınması barədə xəbər daxil olub. 

Belə ki, adı çəkilən şəxsin 24 yaşlı oğlu Elçin Muradov 7-ci sinifdə oxuyan bacısı ilə cinsi əlaqədə olub. Faktın üstü isə xəstəxanada açılıb. Belə ki, qızını səhhətindəki problemlə əlaqədar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirən ailəyə onun 2 aylıq hamilə olduğu deyilib.

Ailə faktı gizlətməyə çalışsa da, xəstəxana bu barədə polisi məlumatlandırıb. Xəstəxananın Qadın Məsləhətxanasının baş həkimi Kəmalə xanım AzNews.az-a açıqlamasında faktla bağlı polisə məlumat verdiyini deyib: “Polisə məlumat vermişik də, gəlib lazım olan adamı aparıblar da. Polislə müstəntiq gəlmişdi”.

Xaçmaz RPİ-nin rəisi Şəhriyar Şəmşirli Aznews.az-a açıqlamasında bildirib ki, fakt araşdırılır: “Qardaşla bacı öz aralarında razılaşıblar. Zorlanma faktı yoxdur. Bir qələt eləyiblər də”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 8213

Oxşar yazılar