Dekabrın 19-da axşam saatlarında Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, qəza Xudat-Yalama yolunun 1-ci km-də qeydə alınıb. Sumqayıt şəhər, Corat qəsəbə sakini Şahbala Gülbalayevin idarə etdiyi “Ford” markalı yük avtomobili yolun kənarında dayanan 24 yaşlı Xudat şəhər sakini Samir Muradova məxsus “BMW” markalı minik maşının vurub, daha sonra isə ağaca çırpılıb.
Qəza nəticəsində Ş.Gülbalayev xəsarət alıb, maşında olan sərnişin Anar adlı şəxs isə dünyasını dəyişib. Ş.Gülbalayev isə Xudat Şəhər Xəstəxanasına yerləşdirilib. Ona baş nahiyəsinin əzilməsi və alkoqol sərxoşluğu qoyulub.
Faktla bağlı araşdırma aparılır.