Xalidə Xalid danışdı: “...qayıdacağıq”
05 iyun 2013 15:22 (UTC +04:00)

Xalidə Xalid danışdı: “...qayıdacağıq”

0

Aprelin 30-dan Şamxal Hüseynovla birlikdə İranda saxlanılan AMEA-nın elmi işçisi Xalidə Xalid ailəsinə zəng edib.


 

Bu barədə APA-ya X. Xalidin oğlu Xalid Məmmədli deyib. Onun sözlərinə görə, anası hazırda Azərbaycanın İrandakı səfirliyində olduqlarını deyib: “Anam çox danışa bilmədiyini, hər şeyin yaxşı olduğunu, narahat olmamağımızı dedi, yaxın günlərdə qayıdacaqlarını bildirdi”.

 

Qeyd edək ki, Xalidə Xalid və Şamxal Hüseynov bu il aprelin 30-da Təbrizdə saxlanıb. Azərbaycan tərəfinin verdiyi iki notadan sonra İran Xarici İşlər Nazirliyi onların qanunsuz fəaliyyətə görə saxlandığını bildirib.

 

Xalidə Xalid və Şamxal Hüseynov Azərbaycanın Tehrandakı səfirliyinə iyunun 3-də təhvil veriliblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1424

Oxşar yazılar