Xəzərdə itkin düşən 5 balıqçının cəsədi axtarılır
11 yanvar 2013 00:45 (UTC +04:00)

Xəzərdə itkin düşən 5 balıqçının cəsədi axtarılır

0

Bir neçə gündür ki, Xəzərdə axtarışları aparılan 5 balıqçının boğulduğu bəlli olub. 

 

Rəsmi Astananın Azərbaycanın Xarici İşlər Nazirliyinə verdiyi məlumata görə, balıqçılar dənizdə boğulublar.  Balıqçıların batmasının səbəbləri isə hələlik məlum deyil.
 

XİN-in mətbuat xidmətinin rəhbərin Elman Abdullayev bildirib ki, Qazaxıstan tərəfi ilə birgə başlanmış araşdırmanın nəticəsi olaraq, balıqçıların qayıqları Qazaxıstan sahillərində tapılıb. Onların cəsədlərinin axtarışları davam etdirilir.
 

Xatırladaq ki, dekabrın 23-də balıq ovlamaq üçün  8 nəfər balıqçı dənizə çıxıb.  Kiçik qayıqlarla gəmidən ayrılan 5 nəfər balıqçı  ovu davam etdirmək üçün gəmidən uzaqlaşıblar.

 

ANS

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 755

Oxşar yazılar