Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapılıb
15 dekabr 2012 17:38 (UTC +04:00)

Xəzərdə itkin düşən balıqçılardan daha birinin meyiti tapılıb

0

Noyabrın 24-də Xəzərdə dənizində itkin düşən 4 balıqçıdan birinin meyiti tapılıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlunun meyiti Xəzər dənizinin Xaçmaz rayonunun Niyazabad kəndi ərazisində tapılıb.

 

Qeyd edək ki, bu il noyabrın 24-də Xəzər dənizinin Xaçmaz sahilində 4 balıqçı itkin düşüb. Batan balıqçılar - Siyəzən rayonu Yenikənd qəsəbə sakinləri, 1981-ci il təvəllüdlü Əkbərov Vüsal Fəxrəddin oğlu, 1991-ci il təvəllüdlü Əkbərov Əkbər Fəxrəddin oğlu, 1982-ci il təvəllüdlü Səlimov Rəsul Zakir oğlu və Xaçmaz rayonunun Müqtədir qəsəbə sakini 1987-ci il təvəllüdlü İlyasov Seymur Arif oğludur. Hadisədən bir gün sonra  onlardan yalnız Əkbərov Vüsal Fəxrəddin oğlunun meyiti tapılıb. Dalğalar balıqçıların qayığını da sahilə çıxarıb.

 

Digər 2 balıqçının axtarışları davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 987

Oxşar yazılar