Yardımlı rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yardımlı şəhərində Təhsil Nazirliyinə məxsus ümumi sahəsi 330 kv.m olan peşə məktəbində 1 otağın tavanı 20 kv.m sahədə yanıb. Peşə məktəbinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğının səbəbi müəyyənləşdirilir.