Yeniyetmələrə fövqəladə hallarla bağlı təlim keçilir
26 aprel 2013 15:58 (UTC +04:00)

Yeniyetmələrə fövqəladə hallarla bağlı təlim keçilir

0

Xəzər İnkişaf Fondu “Fövqəladə vəziyyətlərdə təhlükəsizlik tədbirlərinin yeniyetmələr arasında təbliği” layihəsinə başlayıb. Lent.az-ın məlumatına görə, Bakı şəhəri Xəzər rayonunun Şüvəlan, Türkan və Zirə qəsəbələrində yaşayan və təhsil alan yeniyetmələr arasında 4 ay müddətində icra ediləcək layihənin məqsədi fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında biliklərin verilməsi və onların bu istiqamətdə təbliğat-maarifləndirmə fəaliyyətinə cəlb edilməsindən ibarət olacaq.

Layihənin vəzifəsi göstərilən ərazilərdəki seçilmiş 3 orta ümumitəhsil məktəbində fövqəladə hallarda təhlükəsizlik tədbirləri haqqında barədə geniş məlumatların yayılması, şagird və digər kateqoriyadan olan yeniyetmələr arasından bu haqda biliyin icmalarda yayılması üçün dəstək qruplarının formalaşması, onların müxtəlif təbliğat aksiyalarının təşkil edilməsi yolu ilə problemə ictimaiyyətin diqqətinin cəlbidir. Fəaliyyətlər müddətində təkcə təlimlər, görüşlər və dəstək qrupları ilə iş deyil, eləcə də birgə seminarlar keçirməklə yeniyetmələrin kreativ yanaşmalarından yaralanmaqla problemə diqqəti qeyri-ənənəvi metodlarla cəlb etməyə nail olunacaq.

Göstərilən ərazilərdə yaşayan, oxuyan və işləyən ümumilikdə 60 nəfər gənc layihənin dəstək qrupu kimi layihədən birbaşa, daha 500 nəfər isə ondan dolayısıyla faydalanacaqları nəzərdə tutulub.  Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşən bu layihə 2013-cü ilin avqust ayının ortasına kimi davam edəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 537

Oxşar yazılar