Yol qəzalarında ölənlərin sayı artır
23 aprel 2013 15:24 (UTC +04:00)

Yol qəzalarında ölənlərin sayı artır

0

Bu ilin ilk üç ayında yol qəzalarında ölüm faktı ötən ilə nisbətən 104 nəfər artıb. Lent.az-ın Baş Dövlət Yol Polis İdarəsinin saytına istinadən verdiyi məlumata görə, cari ilin ilk üç ayında respublika ərazisində 646 yol-nəqliyyat hadisəsi (YNH ) qeydə alınıb, nəticədə 258 nəfər həlak olub, 691 nəfər yaralanıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə YNH-nin sayı 118 fakt (22,3%), həlak olanların sayı 104 nəfər (67,5%) və yaralananların sayı 123 nəfər (21,7%) artıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 901

Oxşar yazılar