Xəstə məhkuma "qreçka"nın içində narkotik ötürmək istədilər
04 oktyabr 2021 11:27 (UTC +04:00)

Xəstə məhkuma "qreçka"nın içində narkotik ötürmək istədilər

Müalicə Müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Penitensiar xidmətdən Lent,az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilən və hazırda Müalicə Müəssisəsində saxlanılan Elçin Yaşar oğlu Məmmədova qardaşı Füzuli şəhər sakini Elmir Yaşar oğlu Məmmədovun gətirdiyi sovqata baxış keçirilib. Bu zaman orada olan qarabaşaq yarmasına qatılaraq xüsusi üsulla gizlədilən ümumi çəkisi 0,694 qram olan narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1278
avatar

Mehman Nəbiyev

Oxşar yazılar