Xəstəxanadan 46 minlik OĞURLUQ:  saxlanılanlar var - VİDEO
26 may 2023 10:28 (UTC +04:00)

Xəstəxanadan 46 minlik OĞURLUQ: saxlanılanlar var - VİDEO

Sumqayıt şəhərində yerləşən Psixiatriya Xəstəxanasından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, naməlum şəxs və ya şəxslər mayın 15-16-da xəstəxananın pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəridən ümumi dəyəri 46 min manat olan kompüter avadanlıqları, yaddaş qurğuları, tibbi ləvazimatlar və digər elektron avadanlıqlar oğurlayıblar. Xəstəxanadan daxil olan məlumat əsasında dərhal Sumqayıt şəhər Polis İdarəsində araşdırmalara başlanılıb. Hadisə yerinə baxış keçirilib müvafiq istinaq hərərkətləri icra edilib.

Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakinləri Ziyəddin Qəmbərov və Azər Qasımov qısa müddətdə saxlanılaraq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri oğurluq hadisəsini etiraf ediblər. 

Qeyd edək ki, xəstəxanadan oğurlanan avadanlıqların bir qismi saxlanılan şəxslərdən aşkar olunaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 (oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddəsi ilə cinayət işinin ibtidai istintaqına başlanılıb. Ziyəddin Qəmbərov və Azər Qasımov təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa, Sumqayıt şəhər Polis İdarəsinə, "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.

# 1890
avatar

Oxşar yazılar

Bakıda kartdan külli miqdarda pul oğurlandı

Bakıda kartdan külli miqdarda pul oğurlandı

10 iyun 2023 , 11:12
Sabirabadda kişi tövlədə özünü asdı

Sabirabadda kişi tövlədə özünü asdı

10 iyun 2023 , 10:10
Narkotik əkib-becərən bacı-qardaş  tutuldu

Narkotik əkib-becərən bacı-qardaş tutuldu

10 iyun 2023 , 09:59
Şagirdləri gəzməyə aparan bu sürücülər CƏRİMƏLƏNƏCƏK

Şagirdləri gəzməyə aparan bu sürücülər CƏRİMƏLƏNƏCƏK

10 iyun 2023 , 09:45
Kürdəmirdə kişi evinin yanındakı su kanalında boğuldu

Kürdəmirdə kişi evinin yanındakı su kanalında boğuldu

10 iyun 2023 , 09:23
Naxçıvan sakini özünü bıçaqladı 

Naxçıvan sakini özünü bıçaqladı 

10 iyun 2023 , 08:58
2 kuryerdən 13 kiloqram narkotik götürüldü-FOTO

2 kuryerdən 13 kiloqram narkotik götürüldü-FOTO

10 iyun 2023 , 08:46
Naxçıvan sakini intihara cəhd etdi

Naxçıvan sakini intihara cəhd etdi

10 iyun 2023 , 08:15