Xırdalanda binanın damında meyit tapıldı
23 may 2021 19:06 (UTC +04:00)

Xırdalanda binanın damında meyit tapıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində binanın damında aşkarlanmış 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Lent.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, müraciətlə əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri göstərilən ünvana cəlb olunub.

Görülən tədbirlər nəticəsində 1977-ci il təvəllüdlü Əliyev Ruslan Rafiq oğlunun meyiti beşmərtəbəli yaşayış binasının damından götürülüb və aidiyyəti üzrə təhvil verilib.

# 1971
avatar

Oxşar yazılar