Xırdalanda evdə üç nəfər  huşsuz vəziyyətdə aşkarlandı-VİDEO
21 dekabr 2025 23:14 (UTC +04:00)

Xırdalanda evdə üç nəfər huşsuz vəziyyətdə aşkarlandı-VİDEO

0

Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində yerləşən yaşayış binasında vətəndaşların bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumat əsasında dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən 1940-cı il təvəllüdlü G. Əliyeva, 1979-cu il təvəllüdlü C. Həsənova və 2013-cü il təvəllüdlü İ. Mehdiyevin uzun müddət telefon zənglərinə və çağırışlara cavab vermədiyi, bunun isə həyati təhlükə ehtimalı yaratdığı müəyyən edilib.

Xilasedicilər tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində dördmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində yerləşən mənzilin qapısı xüsusi vasitələrlə açılıb. İlkin ehtimala görə, dəm qazından zəhərlənmə səbəbilə huşsuz vəziyyətdə aşkar edilən şəxslərə ilkin tibbi yardım göstərilib və onlar dərhal xəstəxanaya çatdırılıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar