Xırdalanda seksual manyak PEYDA OLUB:  pəncərədən girib...
30 may 2023 18:00 (UTC +04:00)

Xırdalanda seksual manyak PEYDA OLUB: pəncərədən girib...

Xırdalanda seksual manyak peydə olub. 

Lent.az-ın məlumatına görə, 21 yaşlı qız polisə müraciət edərək bir neçə gün əvvəl yaşadığı evə pəncərədən daxil olmuş naməlum kişinin ona qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirib.

Həmin kişi qızın səs-küy saldığını görərək hadisə yerindən qaçıb. Daxil olan şikayət əsasında Abşeron rayon polis idarəsi tərəfindən araşdırmalara başlanılıb. 

Hazırda polis qızın evinə girərək seksual hərəkətlər edən kişini axtarır. 

# 4224
avatar

Fidan İlqar

Oxşar yazılar