Xocavənd və Ağdərədə yanğınları söndürməyə helikopter cəlb edildi
26 avqust 2025 15:00 (UTC +04:00)

Xocavənd və Ağdərədə yanğınları söndürməyə helikopter cəlb edildi

Fövqəladə Hallar Nazirliyi tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, Edilli kəndi və Ağdərə rayonunun Sırxavənd kəndində yanğınların söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bu barədə Lent.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Küləkli hava şəraiti yanğınla mübarizəni çətinləşdirsə də yanğınların söndürülməsi əməliyyatı fasiləsiz olaraq həyata keçirilir.

Qeyd edək ki, yanğınlarla mübarizə tədbirlərinə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238

Oxşar yazılar