“Sədərək”dəki yanğına görə cinayət işi açıldı
26 avqust 2025 12:03 (UTC +04:00)

“Sədərək”dəki yanğına görə cinayət işi açıldı

“Sədərək” Ticarət Mərkəzinin icarəyə verdiyi obyektdəki yanğınla bağlı cinayət işi başlanılıb.

Bu barədə Lent.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Qeyd edilib ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş obyektdə baş vermiş yanğınla əlaqədar FHN-in Əməliyyat-istintaq İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq gedir.

Xatırladaq ki, “Sədərək” ticarət mərkəzi tərəfindən icarəyə verilmiş anbarda baş vermiş yanğın ötən gün Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb. Hadisə nəticəsində 13 nəfər tüstüdən zəhərlənib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar